Mahir Emreli "Legiya"da ayın ən zəif futbolçusu seçildi

10:24 - 4 Noyabr 2021

Mahir Emreli

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Legiya" klubunda oktyabrın ən zəif oyunçusu seçilib.

Manset.az xəbər verir ki, 24 yaşlı hücumçu "Legionisci" nəşrinin versiyasına əsasən, komanda yoldaşı Lirim Kastrati ilə birlikdə -5 xala layiq görülüb.

Azərbaycanlı forvardın bu ay qol vura bilməməsi böyük məyusluq yaradıb. Varşava təmsilçisinin gənc qapıçısı Çezari Mişta 3 xalla ayın oyunçusu olub.

Qeyd edək ki, "Legiya" oktyabrda keçirdiyi 6 oyunun 5-də uduzub. Son ölkə çempionu yalnız kubokun 1/16 finalında "Svit Skolvin"i minimal hesabla yenib - 1:0.


Xəbər xətti

18 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin