Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
18 Noyabr 2024
10:07 - 4 Noyabr 2021
Sabiq Mədəniyyət naziri Əbülfəs Qarayevin həyat yoldaşı Lalə Kazımovanın təsisisçisi olduğu "Jazz’ın Dostları” İctimai Birliyi fəaliyyətini dayandırıb.
Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu ilin mart ayınadək İB-də təmsil olunan şəxslər yalnız öz vəsaitləri hesabına bu təşkilatı qoruyub saxlaya biliblər.
Hazırda isə təşkilat maliyyə çatışmamazlığı səbəbindən fəaliyyətini yalnız sayt üzərindən davam etdirə bilir. Məsələ ilə bağlı "Jazz’ın Dostları” İctimai Birliyinin direktoru, Azərbaycanda caz festivallarının təşkilatçısı, Prezident təqaüdçüsü Nuri Əhmədov təmsil etdiyi təşkilatın fəaliyyətini dondurulduğunu təsdiqləyib:
"Bizə maliyyə ayrılmır. Öz vəsaitimiz hesabına saytı saxlaya bilirik. Siz bilmirsiz niyə maliyyə ayrılmır? Həmçinin koronaviris pandemiyası başlayandan Azərbaycanda caz festivallarını təşkil edə bilmirik. Master klass edə bilmirik”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin