Azərbaycanın məşhur Xalq artisti vəfat etdi - FOTO
26 Noyabr 2024
20:00 - 31 Avqust 2024
Lənkəranda qonşular arasında yaranan mübahisə kütləvi dava ilə yekunlaşıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Vel kəndində baş verib.
Belə ki, 1957-ci il təvəllüdlü Nərminə Əlişah qızı Hüseynova, 1970-ci il təvəllüdlü Nəzər Ağababa oğlu Hüseynov, 1996-ci il təvəllüdlü Əlişah Nəzər oğlu Hüseynov çəpər qonşuları olan 1980-cı il təvəllüdlü Seymur Möhübbət oğlu Hacıyev və atası 1952-ci il təvəllüdlü Möhübbət Mirzəhüseyn oğlu Hacıyev arasında dava olub.
Əlbəyaxa olan qonşular bir-birinə ağır xəsarət yetirib. Onlardan 3 nəfər bıçaqlanıb, 2 nəfər isə xəsarət alıb.
Xəsarət alanlar təcili olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəsarət alanlardan birinin vəziyyətinə uyğun olaraq müalicəsi cərrahiyyə şöbəsində davam etdirilir. Digər yaralılar ambulator müalicə üçün evə buraxılıblar.
İlkin məlumata görə qonşular arasında baş verən dava toyuq-cücə üstündə yaranıb. Belə ki, qonşuların saxladıqları heyratı xoruzu digərinin həyətinə keçib.
Hadisə ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin