Bu yaşayış məntəqələrində qaz kəsiləcək - XƏBƏRDARLIQ
21 Dekabr 2024
18:21 - 30 Avqust 2024
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov avqustun 30-da Xaçmazda Xaçmaz və Qusar rayonlarından olan vətəndaşlarla görüşüb.
Manset.az xəbər verir ki, Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən təşkil olunub.
Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Xaçmaz rayonundakı abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.
Görüş zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq və aidiyyəti şöbələrin icraatına göndərilib.
Qeyd edək ki, “Azərişıq” ASC-nin həyata keçirdiyi bütün tədbirlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına, həmçinin elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin