"Qarabağ"ın rəqibləri bəlli oldu - YENİLƏNİB

15:53 - 30 Avqust 2024

UEFA Avropa Liqasının püşkatma mərasimi keçirilib.

 

Manset.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” da rəqiblərini tanıyıb. 

Qurban Qurbanovun komandasının qarşılaşacağı 8 rəqib aşağıdakı kimidir:

“Qarabağ”ın rəqibləri

“Ayaks” (ev)

“Tottenhem” (səfər)

“Lion” (ev)

“Olimpiakos” (səfər)

“Malmö” (ev)

“Budyo-Qlimt” (səfər)

“Styaua” (ev)

“Elfsborq” (səfər)

Qeyd edək ki, Avropa Liqasının oyunları sentyabrın 25-26-da keçiriləcək.

 

***
15:14

Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin püşkü atılır. 
 

Manset.az xəbər verir ki, Monakoda keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da start götürüb.

Mərasimdə Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqiblərinin adına aydınlıq gələcək. Ağdam klubu 3-cü səbətdə yer alacaq.

“Köhlən atlar”ın 8 rəqibi dəqiqləşəcək. “Qarabağ” bunların dördü ilə evdə, digərləri isə səfərdə oynayacaq.

Birinci səbət: “Roma”, “Latsio” (hər ikisi İtaliya), “Mançester Yunayted”, “Tottenhem” (hər ikisi İngiltərə), “Ayntraxt” (Almaniya), “Portu” (Portuqaliya), “Ayaks” (Niderland), “Reyncers” (Şotlandiya), "Slaviya" (Çexiya).

İkinci səbət: “Real Sosyedad” (İspaniya), AZ (Alkmaar, Niderland), “Braqa” (Portuqaliya) “Lion” (Fransa), “Fənərbağça” (Türkiyə), “Olimpiakos”, PAOK (hər ikisi Yunanıstan), “Makkabi” (Tel-Əviv, İsrail), “Ferentsvaroş” (Macarıstan).

Üçüncü səbət: “Qarabağ” (Azərbaycan), “Qalatasaray” (Türkiyə), “Viktoriya” (Plzen, Çexiya), “Budyo Qlimt” (Norveç), “Yunion” (Belçika), “Dinamo” (Kiyev, Ukrayna), “Ludoqorets” (Bolqarıstan), “Midtyullann” (Danimarka), “Malmö” (İsveç).

Dördüncü səbət: “Atletik” (Bilbao, İspaniya), “Hoffenhaym” (Almaniya), “Nitsa” (Fransa), “Anderlext” (Belçika), “Tvente” (Niderland), “Beşiktaş” (Türkiyə), “Styaua” (Rumıniya), RFS (Latviya), “Elfsborq” (İsveç).

 

 

 

 

***

15:50


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin