Azərbaycandan Fars körfəzinə dəmir yolunun çəkilişi müzakirə edilir
17 Noyabr 2024
23:41 - 3 Noyabr 2021
Gürcüstan Prezidenti Salome Zurabişvili həbsdə olan eks-prezident Mixail Saakaşvilinin əfv edilməsi ilə bağlı mövqeyini açıqlayıb.
Manşet.az xəbər verir ki, o bildirib ki, Saakaşvili ilə bağlı mövqeyini dəyişməyəcək - o, əfv olunmayacaq.
“Keçmiş prezidentin əfv olunması ilə bağlı mövqeyim qəti və dəyişməzdir – yox və heç vaxt. Keçmiş prezident nə siyasi məhbusdur, nə də günahsız qurbandır. O, ölkəyə qanunsuz daxil olmuş məhkumdur. Onun ölkəyə gəlməsində məqsəd sabitliyi pozmaq olub”, - deyə Zurabişvili brifinq zamanı deyib.
Onun sözlərinə görə, Saakaşvilini xüsusi məhbus hesab etmək lazımdır və bu da peninetsiar xidmətdən, hökumətdən xüsusi diqqət tələb edir.
Qeyd edək ki, oktyabrın 1-də Tbilisidə tutulan Saakaşvili iki cinayət işi üzrə ittiham olunur və onunla bağlı qiyabi hökm çıxarılıbOnun 6 il məhkumluq həyatı yaşaması gözlənilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin