Azərbaycan parataekvondoçusu bürünc medal qazandı - "Paris-2024"

22:03 - 29 Avqust 2024

Azərbaycan parataekvondoçusu bürünc medal qazandı -

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

 

Manset.az xəbər verir ki, K44 kateqoriyasında yer alan idmançı üçüncü yer uğrunda görüşdə tailandlı Thanva Kaenkhamla üz-üzə gəlib.

Rəqibinə 12:3 hesabı ilə qalib gələn idmançımız bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, bu, Azərbaycanın Paris 2024 Yay Paralimpiya Oyunlarında qazanılan ilk medalı kimi tarixə düşüb.

Paralimpiada sentyabrın 8-də başa çatacaq.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin