"Bu adam" 28 ildir hava limanında yatır - Görənlər gözlərinə inanmırlar

16:05 - 29 Avqust 2024

ABŞ-ın Orlando Beynəlxalq Hava Limanında qoyulmuş bir heykəl gəlib- keçən hər kəsi illərdir təəcübləndirir.

 

Manset.az Lent.az-a istinadən xəbər verir ki, yatmış adam formasında hazırlanmış və “Səyyah” adı verilmiş bu heykəli real insandan ayırmaq çətindir. 

Gəlib keçənlərə onun heykəl olmasını yalnız şüşə arxasında dayanması ilə sübut eləmək olur. Hava limanında  çantaları ilə birlikdə yerə oturub mürgüləyən kişi öz uçuş vaxtının çatmasını gözləyir.

Heykəltaraş  Duane Hanson tərəfindən 1996-cı ildə hazırlanmış bu hiperrealis sənət əsəri  hava limanının ən maraqlı və diqqətçəkən aksessuardır.


Xəbər xətti

15 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin