Gürcüstan Prezidentindən Saakaşvili ilə bağlı Açıqlama

22:17 - 3 Noyabr 2021

Gürcüstan Prezidentindən Saakaşvili ilə bağlı Açıqlama

Keçmiş prezidentin əvfi ilə bağlı mövqeyim dəyişməz və qəti olaraq qalır – xeyr və heç vaxt”.

Manşet.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili keçirdiyi xüsusi brifinqdə deyib.

Onun sözlərinə görə, sabiq dövlət başçısı Gürcüstana qanunsuz gəlib və məqsədi ölkədə qeyri-sabitlik yaratmaq olub: “Mən bu məsələyə bir daha qayıtmayacağam”.

Qeyd edək ki, qonşu ölkənin üçüncü prezidenti Mixeil Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Rustavidə 12 saylı həbsxanada olan siyasətçi artıq 34-cü gündür aclıq aksiyası keçirir.


Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin