Azarkeşlərlə dava salan futbolçulara ağır cəza

19:55 - 28 Avqust 2024

Azarkeşlərlə dava salan futbolçulara ağır cəza

Uruqvay yığmasının futbolçuları Amerika kuboku-2024-də kolumbiyalı azarkeşlərlə davaya görə cəzalandırılıblar.

 

Manset.az İdman.biz-ə istinadən xəbər verir ki, hadisənin əsas səbabkarı Darvin Nunyes 5 oyun diskvalifikasiya olunub.

"Liverpul"da çıxış edən forvard 20 min dollar da cərimə ödəyəcək. Darvin ailə üzvlərini qorumaq üçün azarkeşlərə müqavimət göstərdiyini bildirib. Uruqvay millsinin digər üzvləri Rodriqo Bentakur 4 matç və 16 min dollar, Xose Mariya Ximenes, Matias Olivera, Ronald Arauxo isə 3 oyun və 12 min dollar cəza ilə üzləşiblər.

Qeyd edək ki, turnirin yarımfinalında Uruqvay Kolumbiyaya 0:1 hesabı ilə uduzub.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin