Yaponiyada tayfun xəbərdarlığı verildi

17:42 - 28 Avqust 2024

Yaponiyada tayfun xəbərdarlığı verildi

“Şanşan” qasırğası Yaponiya əhalisinə böyük mənfi təsir göstərib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Belə ki, bölgədə 870 min insana təxliyə xəbərdarlığı edilərkən, ləğv edilən reyslərin sayı 500-ə çatıb.

"Şanşan" qasırğasının bu gecədən etibarən təsirini artıracağını açıqlayan Yaponiya Meteorologiya İdarəsi (JMA) Kyuşu adasının böyük bölgələrində, xüsusilə Kaqoşima, Miyazaki, Kumamoto və Oita əyalətlərində şiddətli yağış və fırtına gözlənildiyini açıqlayıb. Daşqın, sürüşmə və yüksək dalğaların baş verə biləcəyi barədə xəbərdarlıq edən səlahiyyətlilər, riskli ərazilərdə yaşayan sakinləri aktual evakuasiya məlumatlarına əməl etməyə çağırıb.


Xəbər xətti

22 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin