Bakıda sürücünün döyülərək öldürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

12:54 - 25 İyun 2021

Bakıda sürücünün döyülərək öldürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Nərimanov rayonunda sürücü döyülərək öldürülüb.

Daxili İşlər Nazirliyindən Manset.az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə iyunun 24-də saat 19 radələrində A.M.Cümə küçəsində “Chevrolet” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini K.Məmmədovun, sərnişinləri N.Canıyev və M.Abıyevin xuliqanlıq zəminində Səxavət Məmmədovu döymələri nəticəsində onun hadisə yerində ölməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən K.Məmmədov, N.Canıyev və M.Abıyev saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin