20 milyon manatı Azərbaycana qaytarmayan şəxslər HƏBS EDİLDİ
26 Noyabr 2024
17:08 - 27 Avqust 2024
Türkiyə Milli Futbol Komandasının və "Beşiktaş"ın sabiq futbolçusu Oğuzhan Özyakup 31 yaşında peşəkar futbolçu karyerasını başa vurub.
Manset.az xəbər verir ki, bu barədə Oğuzhan Özyakup şəxsi hesabı vasitəsilə açıqlama verib.
"Başqa klubda oynamağım mümkün olmadı, çünki özümü həmişə Beşiktaşlı Oğuzhan kimi hiss edirdim və həmişə belə xatırlanmaq istəyirdim", - futbolçu bildirib.
Qeyd edək ki, Oğuzhan Özyakup 2012-ci ildə transfer olunduğu "Beşiktaş"dan 2022-ci ildə ayrılaraq Hollandiyanın "Fortuna Sittard" komandasına yollanıb.
Qara-ağlı komanda ilə 3 Super Liqa, 1 Ziraat Türkiyə Kuboku və 1 Super Kubok çempionu olan Özyakup 43 dəfə Milli Futbol Komandasının formasını da geyinib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin