Manat qarşısında bahalaşdı: 1 manat 90 qəpik oldu

23:09 - 26 Avqust 2024

Manat qarşısında bahalaşdı: 1 manat 90 qəpik oldu

Bu gün avro-manat məzənnəsi son bir ildə ilk dəfə olaraq 1 manat 90 qəpik həddini ötüb.

 

Manset.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Azərbaycanda avronun məzənnəsində belə yüksək göstərici sonuncu dəfə 2023-cü ilin iyulunda qeydə alınıb. Avronun yenidən bahalaşmasını ekspertlər müxtəlif səbəblərlə izah edirlər.

Ekspertlərin sözlərinə görə, qaydalara əsasən, dollar hansı valyutaya qarşı bahalaşırsa, manat da həmin valyutaya qarşı dəyər qazanır, dollar hansısa valyutaya qarşı ucuzlaşdıqda isə manat da həmin valyutaya nisbətən ucuzlaşır. Avro manat məzənnnəsinin artması ixrac edilən məhsulların qiymətinə də təsir edə bilər.

İqtisadçı onu da əlavə edib ki, Qərb ekspertlərinin proqnozlarına görə, bu ilin sonuna qədər hətta gələn ilin ortalarınadək avro dollar qarşısında dəyər qazanacaq. Proqnoz özünü doğruldarsa, avro "Azərbaycanda da bahalaşacaq",- deyə o əlavə edib.

Daha ətraflı videoda:


Xəbər xətti

5 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin