Deputatlığa namizəd Əziz Ələkbərli seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR

22:34 - 26 Avqust 2024

Deputatlığa namizəd Əziz Ələkbərli seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 66 saylı Saatlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əziz Ələkbərli rayonun Qıraqlı, Mustafabəyli, Bəylik və Yeni Novrzulu kəndlərində seçicilərlə görüş keçirib.

 

Manset.az xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu Azərbaycanı tərəqqi və Zəfər zirvəsinə yüksəldib. Təşkilat sədri əminliklə vurğulayıb ki, YAP-ın tarixi müstəqil Azərbaycan dövlətinin inkişaf salnaməsidir.

Deputatlığa namizəd Əziz Ələkbərli əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı və geniş məlumat verib. Namizəd vurğulayıb ki, seçkilərdə Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu və bu gün Prezident İlham Əliyevin Sədrlik etdiyi Yeni Azərbaycan Partiyasını təmsil etmək həm məsuliyyətli, həm də şərəflidir.

Əziz Ələkbərli qeyd edib ki, deputat seçiləcəyi təqdirdə seçicilərin bütün təklif və müraciətlərini reallaşdırmaq üçün səylərini əsirgəməyəcək.

Çıxış edənlər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.

Seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.



Xəbər xətti

13 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin