Azərbaycan İstanbulda keçirilən beynəlxalq üzgüçülük yarışında təmsil olundu

21:35 - 26 Avqust 2024

Azərbaycan İstanbulda keçirilən beynəlxalq üzgüçülük yarışında təmsil olundu

İstanbulda 36-cı Beynəlxalq Boğaziçi Qitələrarası Üzgüçülük Yarışı keçirilib. Turnirdə ölkəmizi Rüfət, Rahim və Əmir Əlimərdanovlar, həmçinin su polosu üzrə Azərbaycan milli yığma komandasının baş məşqçisi, Əməkdar məşqçi Azər Babayev təmsil edib.

 

Manset.az xəbər verir ki, Türkiyənin Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə təşkil olunan marafonda 1967-si kişi, 869-u qadın olmaqla ümumilikdə 2836 idmançı yarışıb. Əsas məqsədi idmançıların müəyyən edilən çətin məsafəni qət etməsi olan turnir İstanbulun iki qitəsi arasında Bosfor boğazının 6,5 kilometrlik ərazisində keçirilib.

Həvəskar idmançı olan 55 yaşlı Rüfət Əlimərdanov bu məsafəni ötən ilə nisbətən iki dəqiqə daha tez qət edərək 1:03:07 dəqiqədə turniri tamamlayıb. Yarışçılarımızdan Rəhim 56 dəqiqə 47 saniyə, Əmir isə 53 dəqiqə 14 saniyə qət edib. Azərbaycanın Əməkdar məşqçisi Azər Babayev isə 1:14:48 dəqiqədə İstanbulun bir qitəsindən digərinə üzə bilib.

Müxtəlif yaş kateqoriyalarına görə keçirilən turnirdə dünyanın fərqli bölgələrindən professional və həvəskar idmançılar iştirak edib.

Bununla bağlı AZƏRTAC-a müsahibə verən Rüfət Əlimərdanov turnirə iki oğlu ilə birgə qatıldığını söyləyib. Bu yarışdakı iştirakını qardaşı Asəf Əlimərdanova həsr etdiyini deyən Rüfət burada əsas məqsədin gələcək nəsillərə nümunə olmaq xarakteri daşıdığını deyib.

Qeyd edək ki, Rüfət Əlimərdanovun böyük oğlu Rəhimin 17 yaşı var. O, su polosu üzrə Azərbaycan gənclər milli seçmə komandasının üzvüdür. Kiçik oğlu Əmir isə 14 yaşındadır və o da üzgüçülüklə məşğul olur.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin