Azərbaycan XİN Pakistanda baş verən terror aktını pislədi

21:06 - 26 Avqust 2024

Azərbaycan XİN Pakistanda baş verən terror aktını pislədi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanda azı 50 nəfərin ölümü ilə nəticələnən terror aktını kəskin şəkildə pisləyib.

 

Manset.az xəbər verir ki, bu barədə XİN-in “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

“Pakistanın Bəlucistan əyalətində törədilən terror aktı nəticəsində onlarla insanın həlak olması xəbərindən sarsılmışıq, terrorun bütün forma və təzahürlərini qətiyyətlə pisləyir, həlak olanların ailələrinə səmimi başsağlığı veririk. Azərbaycan qardaş Pakistan İslam Respublikası ilə həmrəydir”.

Qeyd edək ki, Pakistanın Bəlucistan əyalətində yaraqlıların sərnişin avtobuslarına hücumu nəticəsində azı 51 nəfər ölüb.


Xəbər xətti

13 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin