Əziz Ələkbərli 3 kənddə seçiciləri ilə görüşdü - FOTOLAR

19:37 - 26 Avqust 2024

Əziz Ələkbərli 3 kənddə seçiciləri ilə görüşdü - FOTOLAR

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 66 saylı Saatlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əziz Ələkbərli Saatlı rayonunun Dədəqorqud, Heydərabad və Əhmədbəyli kəndlərində seçiciləri ilə görüş keçirib.

 

Manset.az xəbər verir ki, görüşdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində yeni zirvələr fəth edir.

Deputatlığa namizəd Əziz Ələkbərli əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daxili və xarici siyasətində qazandığı uğurlardan, ictimai-siyasi sabitlikdən, işğaldan azad edilmiş torpaqlara qayıdışın mühüm əhəmiyyətindən bəhs edib.

Deputatlığa namizəd seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.

Çıxış edənlər deputatlığa namizəd Əziz Ələkbərlinin altıncı çağırış Milli Məclisdə uğurlu fəaliyyətindən xəbərdar olduqlarını və 1 sentyabr növbədənkənar parlament seçkilərində birlikdə YAP-ın layiqli namizədinə səs verəcəklərini qeyd ediblər.

Görüşdə seçicilərin sualları cavablandırılıb, onların təklif və müraciətləri dinlənilib.



Xəbər xətti

13 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin