Fərid Əhmədov onu yüksək vəzifəyə TƏYİN ETDİ- FOTO

17:47 - 26 Avqust 2024

Fərid Əhmədov onu yüksək vəzifəyə TƏYİN ETDİ- FOTO

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə yeni rəis təyin edilib.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, bu barədə nazir Fərid Əhmədov əmr imzalayıb.

Əmrə əsasən, Mərkəzin rəisi vəzifəsinə Elşən Albəndov təyin edilib.

Qeyd edək ki, Elşən Albəndov uzun illər - 2002-ci ildən 2024-cü ilin aprel ayınadək prokurorluq orqanlarında çalışıb.

Elşən Albəndov əvvəllər müstəntiq, dövlət ittihamçısı, habelə Dövlət ittihamının nüdafiəsi üzrə idarədə şöbə rəisi, eləcə də, Baş Prokurorluğun müxtəlif idarələrində idarə rəisinin müavini vəzifələrində işləyib. 

Onun sonuncu vəzifəsi isə Prokurorluqda istintaqa nəzarət idarəsində rəis müavini olub.



Xəbər xətti

13 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin