Bu ölkədə rus dilində təhsil ləğv edildi

17:27 - 26 Avqust 2024

Bu ölkədə rus dilində təhsil ləğv edildi

Estoniyada qarşıdan gələn tədris ilində uşaq bağçalarında və ibtidai sinifdə rus dilində tədris ləğv ediləcək.

 

Manset.az xəbər verir ki, bu barədə ölkənin Təhsil Nazirliyi məlumat yayıb:

"Yeni dərs ili Estoniya təhsil sistemi üçün tarixidir. Bu il Estoniya müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə olaraq bütün birinci siniflərdə eston dilində təhsil başlayacaq - ümumilikdə 15 000 şagird birinci sinfə gedəcək”, - deyə məlumatda bildirilib. 

Hazırda Estoniyada  əhalinin təxminən 25%-i rus dilində danışır. Uşaqların 9-cu sinfə qədər ana dilində təhsil almaq hüququ var. Orta məktəbdə məktəb fənlərinin 60%-dən çoxu dövlət dilində, 40%-ə yaxını isə rus dilində tədris olunur.

 

 

 


Xəbər xətti

13 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin