2025-ci ildə Azərbaycanda dolların məzənnəsi necə olacaq? - AÇIQLANDI
18 Sentyabr 2024
17:27 - 26 Avqust 2024
Estoniyada qarşıdan gələn tədris ilində uşaq bağçalarında və ibtidai sinifdə rus dilində tədris ləğv ediləcək.
Manset.az xəbər verir ki, bu barədə ölkənin Təhsil Nazirliyi məlumat yayıb:
"Yeni dərs ili Estoniya təhsil sistemi üçün tarixidir. Bu il Estoniya müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə olaraq bütün birinci siniflərdə eston dilində təhsil başlayacaq - ümumilikdə 15 000 şagird birinci sinfə gedəcək”, - deyə məlumatda bildirilib.
Hazırda Estoniyada əhalinin təxminən 25%-i rus dilində danışır. Uşaqların 9-cu sinfə qədər ana dilində təhsil almaq hüququ var. Orta məktəbdə məktəb fənlərinin 60%-dən çoxu dövlət dilində, 40%-ə yaxını isə rus dilində tədris olunur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin