İranda Milli Miqrasiya İdarəsi yaradılır

16:57 - 26 Avqust 2024

İranda Milli Miqrasiya İdarəsi yaradılır

İran qeyri-qanuni miqrasiya ilə mübarizə üçün Milli Miqrasiya İdarəsi yaradır.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

İranın daxili işlər naziri İsgəndər Mumini ölkəyə qeyri-qanuni yollarla daxil olan miqrantların deportasiyasının onların prioritetləri arasında olduğunu və bununla bağlı Milli İmmiqrasiya İdarəsi quracaqlarını bildirib.

Prezident Məsud Pezeşkiyan da seçki kampaniyası zamanı qeyri-qanuni miqrantların ölkədə bir çox sosial ziyana səbəb olduğunu və Milli Miqrasiya İdarəsi yaradaraq bu problemi həll edəcəklərini bildirib.

Digər tərəfdən, İran son aylarda ölkənin şərq sərhədlərində təxminən 900 kilometr uzunluğunda divar inşa etməyə başlayıb.

 


Xəbər xətti

13 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin