Əməkdar artist məşhur filmə çəkilir - FOTO

14:52 - 26 Avqust 2024

Əməkdar artist məşhur filmə çəkilir - FOTO

Əməkdar artist Sənubər İsgəndərli Valeh Əhmədovun rejissorluğunu etdiyi “Evdə qalmış” filminin ikinci hissəsinə çəkilir.
 

Manset.az xəbər verir ki, bu haqda Valeh Əhmədov özü məlumat verib. 

Rejissor qeyd edib ki, tamaşaçılar Sənubər İsgəndərlini filmdə fərqli obrazda, yeni imicdə görəcəklər. 

O filmdə Şahnisə obrazının anası rolunu ifa edəcək.

Filmdə həmçinin Xalq artisti Həmidə Ömərova, Əməkdar artist Mehriban Xanlarova, Kəmalə Piriyeva, Şəhriyar Əbilov, Kənan Yusifov, Sanura Cəfərova, Elçin Məmmədli, Nigar Əhmədova, Rüstəm Rüstəmov və başqaları rol alıb.

Qeyd edək ki, "Evdə qalmış" filminin birinci hissəsi 2023-cü ilin fevral ayında təqdim edilib. Film nümayiş olunduğu ilk gündən tamaşaçı rəğbəti qazanıb, kino tənqidçiləri tərəfindən yüksək dəyərləndirilib.



Xəbər xətti

13 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin