Polşa Rusiya və Ukrayna arasındakı gərginlikdən sonra hərbi təyyarələrini qaldırdı

15:42 - 26 Avqust 2024

Polşa Rusiya və Ukrayna arasındakı gərginlikdən sonra hərbi təyyarələrini qaldırdı

Polşa Rusiyanın Ukraynaya qarşı hava əməliyyatlarını artırdığı üçün ölkənin cənub-şərqinə hərbi təyyarələr göndərdiyini açıqlayıb.

 

Manset.az xəbər verir ki, Polşa Silahlı Qüvvələri Əməliyyat Komandanlığı Rusiyanın Tu-95 tipli bombardmançı təyyarələrinin havaya qalxmasından sonra açıqlama verib.

Vəziyyətdin gərginləşməsindən narahat olan rəsmilər qeyd edib ki, Ukraynadan sonra Polşa da öz əhalisinə hava hücumu ilə bağlı xəbərdarlıq edib. 

“Bu səhərdən etibarən Rusiya Federasiyasının uzaqmənzilli aviasiyası intensiv fəaliyyət göstərir və hava zərbələri əsasən Ukraynanın qərb hissəsindəki məntəqələri hədəfə alır. Polşa hava məkanının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi prosedurlar işə salınıb və Polşa Əməliyyat Komandanlığı vəziyyəti davamlı olaraq izləyir”, - deyə məlumatda bildirilir.

 

Fidan Əliyeva

Manşet.az

 

 


Xəbər xətti

13 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin