27 avqust hava necə olacaq? - PROQNOZ

13:11 - 26 Avqust 2024

27 avqust hava necə olacaq? - PROQNOZ

Ölkə ərazisində avqustun 27-nə gözlənilən hava proqnozu açıqlanıb.
 

Bu barədə Manset.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Qeyd edilib ki, arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75%, gündüz 40-50% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacaq.


Xəbər xətti

13 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin