Səttar Mehbalıyev istefa verdi - Yerinə o seçildi (FOTO)

12:47 - 26 Avqust 2024

Səttar Mehbalıyev istefa verdi - Yerinə o seçildi (FOTO)

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yeni sədri vəzifəsinə Sahib Məmmədov seçilib.

 

Manset.az xəbər verir ki, bununla bağlı məsələ AHİK-in bu gün keçirilən növbədənkənar VII qurultayının gündəliyinə daxil edilib.

Səttar Suliddin oğlu Möhbalıyevin sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkisində iştirakı ilə bağlı vaxt çatışmazlığı səbəbindən AHİK-in sədri vəzifəsindən istefası məsələsi qəbul edilib və qurultay iştirakçıları bu vəzifəyə Sahib Əli oğlu Məmmədovun namizədliyinə yekdilliklə səs veriblər.

Qeyd edək ki, S.Məmmədov 1978-ci ildə anadan olub və Kiyev Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib. 2014-cü ildən İqtisadiyyat Nazirliyində çalışan Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini təyin edilib. "Dövlət qulluğunda fərqlənməyə görə" və "Tərəqqi" medalları ilə təltif olunub.

Ailəlidir, 2 övladı var.



Xəbər xətti

13 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin