Roma Papasından Zelenskiyə REAKSİYA

12:31 - 26 Avqust 2024

Roma Papasından Zelenskiyə REAKSİYA

Roma Papası Fransisk Kiyev administrasiyasını "Ukrayna Pravoslav Kilsəsi"nin fəaliyyətini qadağan etdiyinə görə tənqid edib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Belə ki, Ukrayna prezidenti Vladimir Zelenski avqustun 24-də Rusiyaya bağlı dini qurumların fəaliyyətini qadağan edən qanun imzalayıb.

Qanun qəbul edildikdən sonra Katoliklərin ruhani lideri Papa Fransisk Kiyev administrasiyasının Ukrayna Pravoslav Kilsəsinin fəaliyyətini qadağan etmək qərarını tənqid edib və “kilsələrin toxunulmaz olduğunu” vurğulayıb:

"Ukraynada bu yaxınlarda qəbul edilmiş qanunlar haqqında düşünəndə, dua edənlərin azadlığından qorxuram, çünki həqiqətən dua edənlər həmişə hamı üçün dua edirlər. Ona görə də dua etmək istəyənlərə öz kilsəsi hesab etdikləri yerdə dua etmələrinə icazə verilsin. Xahiş edirəm, birbaşa və ya dolayı yolla heç bir xristian kilsəsinin bağlanmasına icazə verməyin. Kilsələrə toxunulmamalıdır".

 

 

Fidan Əliyeva

Manşet.az

 

 


Xəbər xətti

13 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin