2025-ci ildə Azərbaycanda dolların məzənnəsi necə olacaq? - AÇIQLANDI
18 Sentyabr 2024
12:31 - 26 Avqust 2024
Roma Papası Fransisk Kiyev administrasiyasını "Ukrayna Pravoslav Kilsəsi"nin fəaliyyətini qadağan etdiyinə görə tənqid edib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Belə ki, Ukrayna prezidenti Vladimir Zelenski avqustun 24-də Rusiyaya bağlı dini qurumların fəaliyyətini qadağan edən qanun imzalayıb.
Qanun qəbul edildikdən sonra Katoliklərin ruhani lideri Papa Fransisk Kiyev administrasiyasının Ukrayna Pravoslav Kilsəsinin fəaliyyətini qadağan etmək qərarını tənqid edib və “kilsələrin toxunulmaz olduğunu” vurğulayıb:
"Ukraynada bu yaxınlarda qəbul edilmiş qanunlar haqqında düşünəndə, dua edənlərin azadlığından qorxuram, çünki həqiqətən dua edənlər həmişə hamı üçün dua edirlər. Ona görə də dua etmək istəyənlərə öz kilsəsi hesab etdikləri yerdə dua etmələrinə icazə verilsin. Xahiş edirəm, birbaşa və ya dolayı yolla heç bir xristian kilsəsinin bağlanmasına icazə verməyin. Kilsələrə toxunulmamalıdır".
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin