Afiyəddin Cəlilovun qeyri-etik videolar çəkən nəvəsi xəstəxanadan NİYƏ BURAXILIB? - AÇIQLAMA

12:14 - 26 Avqust 2024

Afiyəddin Cəlilovun qeyri-etik videolar çəkən nəvəsi xəstəxanadan NİYƏ BURAXILIB? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Afiyəddin Cəlilovun sosial şəbəkələrdə çəkdiyi qeyri-etik videolarla gündəmə gələn nəvəsi yenidən müzakirə mövzusu olmuşdu. Əli-Afiyəddin Türkiyədə eyni hərəkətləri təkrarlayaraq ətrafındakı insanları narahat etmişdi.


O, son dəfə Azərbaycanda yaşlı qadını qucağına alıb silkələyərək buraxdığını əks etdirən video paylaşandan sonra izləyicilər tərəfindən tənqid edildiyi üçün Psixiatriya Xəstəxanasına yerləşdirilmişdi. Lakin bir müddət sonra başqa ölkədə eyni hərəkətləri təkrarladığına şahid olduq.

Bəs maraqlıdır, Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan buraxılmasına səbəb nə olub?

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Respublika Psixiatriya Xəstəxanasına sorğu ünvanlanıb.

Sorğuya cavab olaraq bildirilib ki, qeyd edilən şəxs xəstəxanaya cari ilin fevral ayının 1-də yerləşdirilib:

"12 günlük müalicədən sonra vəziyyəti yaxşılaşdığı üçün valideynlərinin ərizəsi ilə evə yazılıb".

Qeyd edək ki, Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olan mərhum Afiyəddin Cəlilovun nəvəsi, 2009-cu il təvəllüdlü Əli-Afiyəddin məktəblidir.

O, metroda, avtobusda, küçədə, liftdə qeyri-adekvat hərəkətlər edərək videolarını paylaşıb.


Xəbər xətti

13 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin