600-dən çox bal yığdılar - Qəbul olmadılar

12:07 - 26 Avqust 2024

600-dən çox bal yığdılar - Qəbul olmadılar

“İki nəfər 600-dən çox bal toplayan şəxs ali təhsil müəssisələrinə qəbul olmayıb”.

 

Manset.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbulun nəticələri ilə əlaqədar keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, həmin şəxslərdən biri I ixtisas qrupu üzrə yalnız ödənişsiz əsasla bir yer - Bakı Ali Neft Məktəbini seçib və qəbul olmayıb: “Yanaşı başqa seçim etsəydi, qəbul ola bilərdi. Digər şəxs isə III ixtisas qrupu üzrə olub. O da sırf Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasını ödənişsiz seçdiyi üçün qəbul ola bilməmişdi”.


Xəbər xətti

13 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin