Ukraynada fövqəladə hal - Elektrik enerjisi kəsildi

11:33 - 26 Avqust 2024

Ukraynada fövqəladə hal - Elektrik enerjisi kəsildi

Ukraynada elektrik enerjisinin verilişində fasilələr tətbiq edilir.

 

Manset.az Tass-a istinadən xəbər verir ki, bu barədə DTEK enerji holdinqi məlumat yayıb.

"Ukrenergo (Ölkənin milli enerji şirkəti) elektrik enerjisinin kəsilməsinə göstəriş verib”, - deyə holdinqin teleqram kanalında deyilir.

Qeyd edək ki, bir neçə saatdır bütün Ukraynada hava hücumu xəbərdarlığı qüvvədədir. Kiyev, Vinnitsa, Jitomir, İvano-Frankivsk, Lutsk, Lvov, Odessa və digər şəhərlərdə partlayışlar qeydə alınıb.


Xəbər xətti

13 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin