Nanənin verilişi olmayacaq - Yerinə o gələcək

11:16 - 26 Avqust 2024

Nanənin verilişi olmayacaq - Yerinə o gələcək

Aparıcılığını Nanə Ağamalıyevanın etdiyi "7 Tamam" proqramı yeni mövsümdən efirə getməyəcək. 

 

Manset.az Axsam.az-a istinadən xəbər verir ki, həmin saatda ATV kanalında aparıcı Zaur Nəbioğlu efirə çıxacaq. Onun hansı proqrama aparıcılıq edəcəyi hələ məlum deyil. Hazırda isə Zaur verilişi birlikdə aparmaq üçün aparıcı axtarışına çıxıb. 

Qeyd edək ki, ötən mövsüm Zaur "Rəngarəng səhər" verilişi ilə tamaşaçıların qarşısına çıxırdı. O, proqramı Aysel Novruzova ilə birlikdə aparırdı. 

N.Ağamalıyeva ATV-də eyni zamanda "Nanəli" proqramına da aparıcılıq edir. 


Xəbər xətti

13 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin