Səbinə Salmanova şəhid ailələri ilə görüşdü - FOTOLAR

10:52 - 26 Avqust 2024

Səbinə Salmanova şəhid ailələri ilə görüşdü - FOTOLAR

45 saylı Sumqayıt dördüncü seçki dairəsindən deputatlığa namizəd olan Səbinə Salmanova tariximizdə hər zaman cəsur qəhrəmanlar kimi qalacaq şəhidlərimizin evlərini ziyarət etmiş, doğmaları ilə birlikdə onların ruhlarını yad etmişdir.

 

Manset.az xəbər verir ki, Səbinə xanım əfsanəvi genaralımız, şəhidliyi ilə ordumuzun qələbə əzminin yüksəlməsində böyük rol oynamış Polad Həşimovun, cəsarəti, qorxmazlığı, igidliyi ilə dillər əzbəri olan, hər bir döyüşçümüzə əlavə güc verən Mübariz İbrahimovun ailələrini ziyarət etmişdir.

Səbinə Salmanova daha sonra torpaqlarımız uğrunda gedən döyüşlərdə böyük rəşadət göstərmiş, xalqımızın başını ucaldan, bizə qalib xalq adını qazandıran, birinci və ikinci Qarabağ müharibələrində şəhid olmuş, vətənimizin əziz övladları Elçin Hüseynovun, Təbriz Alməmmədovun, Surxay Məhərrəmovun əzizləri ilə görüşmüşdür.

Səbinə Salmanova hər bir şəhidimizin ailə üzvləri ilə ətraflı, səmimi söhbət etmiş, bu ailələrin hər birinin xalqımızın qürur yeri olduğunu, bütün insanlarımız üçün çox əziz olduğunu bildirmişdir. Hər zaman şəhid ailələrinə diqqət, qayğı göstərməyi özünun və hər bir azərbaycanlının borcu hesab etdiyini demişdir.

Bu unudulmaz qəhrəmanlarımızın ailə üzvləri Səbinə Salmanovaya öz qayğılarından danışmış, ona gələcək fəaliyyətində uğurlar arzulamışlar.



Xəbər xətti

13 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin