Azərbaycandan Fars körfəzinə dəmir yolunun çəkilişi müzakirə edilir
17 Noyabr 2024
17:28 - 3 Noyabr 2021
"Azərbaycanda hazırda istifadə olunan peyvəndlərin 2-ci dozasının 1-ci dozadan sonra 28-ci gündə vurulması ciddi tövsiyə olunur".
Manset.az xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva bildirib.
Onun sözlərinə görə, hər hansı səbəbdən 28 gündən sonra 2-ci dozanı vurdurmayan vətəndaşlara şərait yaradılır ki, 56 gün ərzində (istehsalçı tövsiyəsinə əsasən) vaksinasiyanı tamamlaya bilsinlər: "Birinci dozadan 56 gündən çox müddət keçdikdə vaksinin ikinci dozasının vurulması lazım olan effekti vermədiyi üçün yenidən 1-ci və 2-ci dozalar vurulmalıdır".
Y.Qarayeva deyib ki, "buster" doza qüvvətləndirici doza deməkdir: "COVID-19 xəstəliyinə qarşı 2 doza vaksin vurdurduqdan və ya koronavirusa yoluxduqdan 6 ay sonra orqanizmin bu virusa qarşı müqaviməti azala bilər. Orqanizmin koronavirus infeksiyasına qarşı müqavimətini yenidən artırmaq üçün “buster” dozanın vurulması tövsiyə olunur. “Buster” doza 2-ci dozadan və ya yoluxma tarixindən sonra, 6-cı aydan başlayaraq vurulur. Vətəndaşlar randevu.its.gov.az saytı üzərindən “buster” dozanın vurulması üçün onlayn qaydada növbə götürə bilərlər".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin