Azərbaycanlı müğənni ailəsi ilə virusa yoluxdu

10:30 - 26 Avqust 2024

Azərbaycanlı müğənni ailəsi ilə virusa yoluxdu

Müğənni Sevda Yahyayeva ailəsi ilə infeksion və respirator virusa yoluxub.

 

 Manset.az xəbər verir ki, bu haqda sənətçinin həyat yoldaşı, həkim - genetik Zakir Bayramov sosial şəbəkə hesabında paylaşdığı videoaçıqlamada deyib.

O bildirib ki, iki qız övladı bu xəstəliyi olduqca ağır keçirirlər:

“Şəhərdə yayılan virusa ailəlikcə bizdə yoluxduq. Bir həftədir ki, bu virusa yoluxmuşuq. Uşaqlarımız bu xəstəliyi ağır keçirdir. Beləki onların qarınları ağrıyır, ürəkləri bulanır, qaytarırlar, hərarətləri yüksəlir. Mən özüm də bu virusu kifayyət qədər ciddi keçirirəm. Amma 3-5 gün ərzində sağalmaq mümkündür. Sadəcə çox sayda dərman qəbul etməyə ehtiyac yoxdur. Çox sayda mayə qəbul etmək yetərlidir”.

Qeyd edək ki, Sevda və Zakir cütlüyünün Ayla və Aida adlı iki qız övladı var.



Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin