“Sabah” “Sumqayıt”a, “Şamaxı” “Zirə”yə qalib gəldi

08:53 - 26 Avqust 2024

“Sabah” “Sumqayıt”a, “Şamaxı” “Zirə”yə qalib gəldi

Azərbaycan Premyer Liqasında 4-cü tura yekun vurulub.

 

Manset.az xəbər verir ki, son oyun günündə iki matç keçirilib.

Əvvəlcə “Sabah” “Sumqayıt”ı qəbul edib. Görüş meydan sahiblərin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilə xallarını 7-ə çatdıran “Sabah” 2-ci pilləyə yüksəlib.

Turun son matçında isə “Zirə” öz meydanında “Şamaxı” ilə qarşılaşıb. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

25 avqust
20:30. “Zirə” – “Şamaxı” - 0:1
Qol: Leroy Mikels, 16

18:15. “Sabah” – “Sumqayıt” - 3:1 

Qollar: Fernando da Silva, 12 (0:1), Namik Ələsgərov, 44 (1:1), Pavol Safranko, 54 (2:1), Cesse Sekidika, 77 (3:1)

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Səbail” “Kəpəz”i 4:0, “Turan Tovuz” “Qarabağ”ı 1:0, “Sabah” “Sumqayıt”ı 3:1 hesabıyla məğlub edib, “Araz-Naxçıvan” – “Neftçi” matçında qalib müəyyənləşməyib – 1:1.

 


Xəbər xətti

13 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin