İtlər PUA-ları havada aşkarlamağı öyrəniblər

08:00 - 26 Avqust 2024

İtlər PUA-ları havada aşkarlamağı öyrəniblər

Xüsusi təlim keçmiş itlər havada pilotsuz uçuş aparatlarını (PUA) aşkarlamağı öyrəniblər.

 

Manset.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin general-mayoru, xidməti itlərin yetişdirilməsi üzrə təlim mərkəzinin rəis müavini Sergey Deqtyarev bildirib.

Onun sözlərinə görə, hazırlıq orta hesabla 3-6 ay çəkir. Nəticədə, itlər 700 metrə qədər məsafədən dronun yaxınlaşmasını aşkarlaya bilirlər.

O aydınlaşdırıb ki, təkcə alman, Belçika və Şərqi Avropa çoban itləri deyil, bir sıra ov cinsləri də PUA-ları aşkarlamaq iqtidarındadır.

Təlim çərçivəsində hərbçilər də xüsusi hazırlıq keçirlər.

"Əsgər döyüş meydanında təkcə özünə deyil, həm də dördayaqlı yoldaşına kömək göstərməyi bacarmalıdır", - Deqtyarev bildirib.


Xəbər xətti

13 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin