Ohanesyan "Qarabağ"a qarşı oynayacaqmı?

16:42 - 3 Noyabr 2021

Ohanesyan

"Kayrat"ın Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"la matç üçün Bakıa gətirmədiyi erməni əsilli futbolçu Kamo Ohanesyan Ağdam təmsilçisi ilə ikinci görüşdə meydanda ola bilər. 

 

Manset.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Kurban Berdıyev danışıb. O, oyundan öncə keçirilən mətbuat konfransında deyib: 

“Qarabağ”ın çox güclü sol cinahı da var. Təhlükəli hücumlar qururlar. Həmin cinahda oynamaq bizim üçün çox çətin idi. Görək Kamo sabah start heyətində olacaqmı?". 

Qeyd edək ki, "Qarabağ" ilk matçda "Kayrat"a 2:1 hesabı ilə qalib gəlib. 


Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin