FHN Astarada dənizdə batan gənclə bağlı məlumat yaydı

15:33 - 25 Avqust 2024

FHN Astarada dənizdə batan gənclə bağlı məlumat yaydı

Xəbər verildiyi kimi, 24 avqust 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinə Astara rayonunda nəzarətsiz ərazidə dənizdə 1 nəfərin batması barədə məlumat daxil olub və dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

 

FHN Mətbuat xidmətindən Manset.az-a verilən məlumatda bildirilir ki, dalğıclar tərəfindən həyata keçirilən fasiləsiz axtarış tədbirləri nəticəsində Astara rayonu, Kjəbə qəsəbə sakini 1995-ci il təvəllüdlü Həsənzadə Şamxal İdrak oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin