20 milyon manatı Azərbaycana qaytarmayan şəxslər HƏBS EDİLDİ
26 Noyabr 2024
09:42 - 25 Avqust 2024
Türkiyədə “Beşiktaş”, “Fənərbağça” və “Bursaspor”u çalışdırmış alman məşqçi Kristof Daum vəfat edib.
Manset.az Report-a istinadən xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən alman mütəxəssis 70 yaşında həyatla vidalaşıb.
Qeyd edək ki, K.Daum Türkiyə klubları ilə yanaşı Almaniyada “Bayer 04”, “Ştutqart”, “Köln”, “Ayntraxt”ı, Belçikada “Brügge”ni, Avstriyada “Austriya”nı, həmçinin Rumıniya millisini də çalışdırıb. Türkiyədə 3 dəfə ölkə çempionluğu yaşamış mütəxəssis, həmçinin ölkə kubokunu (2) və “Cümhurbaşqanlığı Kuboku”nu (1) qazanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin