Hava ilə bağlı əhaliyə MÜRACİƏT

12:15 - 24 Avqust 2024

Hava ilə bağlı əhaliyə MÜRACİƏT

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən küləkli hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edib.

 

Manset.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında havanın küləkli olacağı, küləyin arabir güclənəcəyi gözlənilir.

Qeyd olunanları nəzərə alaraq, FHN əhaliyə müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladıb və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb.


Xəbər xətti

15 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin