Bu şəxslərə 6 326 mənzil və fərdi ev verilib
26 Noyabr 2024
09:44 - 24 Avqust 2024
Almaniya Bundesliqasında 1-ci tur çərçivəsində "Borussiya" (Münhenqladbax) doğma meydanda Leverkuzenin "Bayer" klubunu qəbul edib.
Manset.az xəbər verir ki, oyun Münhenqladbaxdakı "Borussiya-Park" stadionunda keçirilib. Görüşün baş hakimi Robert Şröder olub. Matç 3:2 hesabı ilə "Bayer"in xeyrinə bitib.
Məlumata görə, 12-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Qranit Caka hesabı açıb. 38-ci dəqiqədə "Bayer"dən hücumçu Florian Virtz hesabdakı fərqi artırıb. 59-cu dəqiqədə müdafiəçi Niko Elvedi "Borussiya"nı irəli aparıb. Matçın 85-ci dəqiqəsində "Borussiya"nın hücumçusu Tim Klyayndinst hesabı bərabərləşdirib. Lakin 90+11-ci dəqiqədə Virtz dubla imza atıb.
Ötən mövsümün sonunda "Bayer" 34 oyunda 90 xal toplayaraq Almaniya çempionu olub. "Borussiya" isə 34 xal toplayaraq 14-cü yerdə qalıb.
Ötən Bundesliqanın ilk turunda "Bayer" Münhenqladbax komandasını 3:0 hesabı ilə məğlub edib. İkinci dövrədə komandalar heç-heçə oynayıblar (0:0).
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin