İlham Əliyev rəsmiləri qəbul etdi - YENİLƏNDİ
17 Noyabr 2024
11:46 - 3 Noyabr 2021
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) ilə Rusiya Bədən Tərbiyəsi, İdman, Gənclər və Turizm Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Akademiyanın mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, sənədi ADBTİA-nın rektoru Fuad Hacıyev ilə RBTİGTU-nun rektoru Tamara Mixaylova imzalayıblar.
Onlayn formatda imzalanan Memoranduma əsasən, bundan sonra iki ali təhsil müəssisəsi təcrübə mübadiləsi, birgə layihələrin icrası və mütəxəssislərin, eləcə də tələbələrin ixtisaslarının artırılması, onların müasir standartlara uyğun hazırlıq prosesində qarşılıqlı əməkdaşlıq edəcəklər.
Müzakirələr zamanı simpozium və seminarların, eləcə də müxtəlif təcrübə proqramlarının birgə təşkilinin kadr hazrılığında mühüm rol oynayacağı vurğulanıb. İlkin olaraq, qarşıdakı 5 il müddətinə əməkdaşlığı nəzərdə tutan memorandum effektiv olacağı halda, uzaldılacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin