Azərbaycanla UNFCCC arasında COP29 üzrə Ev Sahibliyi Sazişi imzalandı

19:00 - 23 Avqust 2024

Azərbaycanla UNFCCC arasında COP29 üzrə Ev Sahibliyi Sazişi imzalandı

Azərbaycanla BMT-nin İqlim Dəyişiklikləri üzrə Konvensiyası (UNFCCC) arasında Ev Sahibliyi Sazişi imzalanıb.

 

Manset.az xəbər verir ki, bu barədə COP29-un rəsmi “X” hesabındakı paylaşımda bildirilib.

Ev Sahibliyi Sazişini COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev və BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil imzalayıblar.

Qeyd edilib ki, bu, noyabr ayında Azərbaycanda keçiriləcək COP29-nun müvəffəqiyyətlə həyata keçirilməsi üçün hazırlıqların son mərhələsidir: “Saziş Azərbaycanın bütün tərəflərin ehtiyaclarını və prioritetlərini əks etdirən, bütün səslərin eşidiləcəyi əlçatan, inklüziv və şəffaf bir konfrans təşkil etmək öhdəliyini vurğulayır”.


Xəbər xətti

17 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin