Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO
21 Dekabr 2024
11:07 - 23 Avqust 2024
2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə müşahidə üçün veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb.
Manset.az xəbər verir ki, bununla bağlı məlumat Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi saytında yerləşdirilib.
Qeyd edilib ki, növbədənkənar seçkilərdə səsvermə prosesini izləmək üçün 119 seçki dairəsinin 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Xatırladaq ki, Azərbaycanda seçki məntəqələrində 2008-ci ildən veb-kameralardan istifadə edilir.
Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin