İlham Əliyev rəsmiləri qəbul etdi - YENİLƏNDİ
17 Noyabr 2024
10:08 - 3 Noyabr 2021
Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov özünə yeni köməkçi təyin edib.
Manset.az xəbər verir ki, Kəmaləddin Heydərovun müvafiq əmri ilə ləğv olunan Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyinin sabiq rəisi Bağırov Sabir Nadir oğlu nazirin köməkçisi təyin olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu ilin oktyabrın 7-də Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi ləğv edilib. Bu qurumun bazasında Dövlət Ehtiyatları Agentliyi publik hüquqi şəxs yaradılıb. Dövlət Taxıl Fondu Dövlət Ehtiyatları Agentliyinin sərəncamına verilib (qaynarinfo).
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin