Saxta cərrahların məsələsi Milli Məclisdə - "Estetik cərrahlara icazəni kim verir?"
26 Noyabr 2024
18:39 - 22 Avqust 2024
“Neftçi”nin Ervin Koffi ilə bağlı apellyasiya şikayəti qismən təmin edilib.
Manset.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçinin 2 oyunluq cəzası 1 görüşə endirilib.
Fransalı oyunçu Azərbaycan Premyer Liqasının 2-ci turunda “Səbail”lə keçirilən matçdan sonra azarkeşlərə kənar əşya atmış və buna görə 2 oyun cəzaya məruz qalmışdı. “Neftçi” isə 2000 manat cərimə olunmuşdu.
Apellyasiya Arbitraj Tribunalı Koffinin cəzasının çəkilməyən 1 oyunu şərti ilə dəyişdirilib. Ona 3 ay sınaq müddəti qoyulub. Ancaq klubun cərimə məbləği olduğu kimi saxlanılıb.
Bu qərardan Lozannadakı İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsi mümkündü.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin