"Volvo" sedan modellərini Türkiyədə satmayacaq - SƏBƏB

17:36 - 22 Avqust 2024

İsveç avtomobil şirkəti "Volvo" son gömrük rüsumlarına görə yeni ildən etibarən Türkiyədə sedan model avtomobillərin satışını dayandıracağını açıqlayıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

"Volvo Car" şirkətinin Türkiyədə yerləşən filialının direktoru bu barədə açıqlama verib:

"Son gömrük vergilərinə görə sedan modellərimizin satışını dayandıracağıq.Elektrikli sedan modelləri gələnə qədər Türkiyədə sedan avtomobil satmağı planlaşdırmırıq".

 

 

 

 


Xəbər xətti

21 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin