Bu qida 400 iti öldürdü

16:07 - 22 Avqust 2024

Bu qida 400 iti öldürdü

Zambiyada zəhərli qarğıdalı unu 400 itin ölümünə səbəb olub. 

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. 

Məlumata görə, Zambiyada 400 it qarğıdalı tərkibli qidaları qəbul etdikdən sonra ölüb və qida istehlakı ilə bağlı narahatlıqlar yaranıb.

Səhiyyə naziri İlyas Muçima verdiyi açıqlamada qarğıdalı dəyirmanlarından götürülmüş nümunələrin demək olar ki, yarısında yüksək səviyyədə aflatoksin aşkar edildiyini açıqlayıb.

Buna baxmayaraq, səlahiyyətlilər ölkədə qarğıdalı unu istehlakı səbəbindən hələ də insan ölümü olmadığını bildirib.

 

 

Fidan Əliyeva

Manşet.az

 


Xəbər xətti

22 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin