İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
23 Noyabr 2024
12:22 - 25 İyun 2021
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinə məxsus "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili" MMC 2020-ci ili 347 min manat zərərlə başa vurub. Halbuki, şirkət 2019-cu ildən 80 min manat mənfəətlə çıxmışdı. Son nəticədə qurumun yığılmış zərəri 3,3% artaraq 10,833 milyon manata çatıb.
Manset.az xəbər verir ki, ötən il "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili"nin əməliyyat gəlirləri 4,001 milyon manat (əvvəlki ilə nisbətən 25,1% az), xidmətlərinin maya dəyəri 2,156 milyon manat (13,2% az), inzibati xərcləri 2,155 milyon manat (20,6% az), maliyyə xərcləri isə 36 min manat (55,5% az) təşkil edib.
Bu il yanvarın 1-nə "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili"nin aktivləri 2,443 milyon manat olub ki, bu da illik müqayisədə demək olar ki, eynidir. Hesabat dövründə şirkətin 80,1% azalaraq 88 min manat, balans kapitalı isə 17,8% artaraq 2,355 milyon manat, o cümlədən nizamnamə kapitalı 0,55% artaraq 2,225 milyon manat olub.
Xatırladaq ki, "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili" 2006-cı ildə “Bakı Sərnişin Nəqliyyatı” adı ilə yaradılıb. 2014-cü ildə şirkət adını “Bakı Sərnişin və Yük Daşımalarının Təşkili”nə dəyişdiriib, 2016-cı ildən isə indiki adı ilə fəaliyyət göstərməyə başlayıb. Cəmiyyətin əsas məqsədi avtomobil nəqliyyatı ilə (qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla) sərnişin və yük daşımalarının təşkilinə və tənzimlənməsinə dair xidmətlər göstərilməsindən, daşımalar sahəsində fəaliyyətin səmərəliliyinin artırılmasından ibarətdir.(report)
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin